Nərgiz Məhəmmədi: “Qadınların itaətsizliyi dini istibdadın gücünü qıracaq”

   Nərgiz Məhəmmədi:    “Qadınların itaətsizliyi dini istibdadın gücünü qıracaq”
  24 İyul 2023    Oxunub:1266
İran hökumətinin məcburi hicab siyasəti həm ölkə daxilində, həm də xaricdə sərt reaksiyalar doğurur. Buna qarşı çıxanlar belə siyasətin iflasa uğrayacağını bildririrlər.
AzVision.az verir ki, siyasi məhbus Nərgiz Məhəmmədi Evin həbsxanasından yazdığı məktubda İranda qadınların imtina gücünün dini hökumətin tiranlığını qırdığı və bu prosesin davam edəcəyini yazıb. Onun İnstaqram səhifəsində yayımladığı məktubda Məhəmmədi məcburi hicaba “diqqətsizlik etməyin” mümkün olmadığını bildirərək, hicabın tətbiqini dini hökumətin fitnəsi və qadınların cəmiyyətin ictimai sferasından uzaqlaşdırılması adlandırıb.

“Məcburi hicaba qarşı mübarizə azadlıq, istibdaddan və zülmdən azad olmaq, ədalətin, sülhün, demokratiyanın və insan haqlarının həyata keçirilməsi, zorakılıq və ayrı-seçkilikdən azad olmaq məsələsidir. Əminik ki, bizim imtina və itaətsizlik gücümüz teokratiyanın avtoritar gücünü məğlub edəcək. Dəhşətə düşmüş hökumət bunun qarşısını almaq üçün ağır mübarizə aparır, təbii ki, onun sona çatmağa ümidi yoxdur. İran hökumətinin iddiasının əksinə olaraq qadınların saçını örtməsi, qadınların ləyaqətini qorumaq və ya kişilərin cinsi ehtiraslarını idarə etmək üçün deyil, əksinə kişilərin hakimiyyət ehtiraslarını təmin etmək üçündü”, - Məhəmmədi bildirib.

Maraqlıdır ki, İranın Polis qüvvələrinin baş komandanı Əhmədrza Radan bu il aprelin ortalarında “hicabın götürülməsi”nin polislə ciddi qarşıdurmanın başlanğıcı adlandırmışdı. İrandan alınan görüntülər isə polisin və İranın siyasi hakimiyyətinin çəkdiyi xətlərə rəğmən, qadın və qızların bir faizinin hökumətin tətbiq etdiyi hicabı geyinmədiyini göstərdi.
AzVision.az




Teqlər: Məhəmmədi   İran  





Xəbər lenti