Cahanabadi: “Əxlaq patrulu sistemi dağıdacaq”

   Cahanabadi:    “Əxlaq patrulu sistemi dağıdacaq”
  24 İyul 2023    Oxunub:1057
İrandakı teokratik rejimin məcburi hicab siyasəti həm cəmiyyətdə, həm də siyasi isteblişmendə etirazlara səbəb olur. Siyasi elitanın təmsilçiləri bu qanunun əslində İran üçün yaxşı heç nə vəd etmədiyini söyləyirlər.
AzVision.az “əxlaq patrulu”nun geri qayıtmasına münasibət bildirən İslam Şurasının Xarici siyasət və Milli Təhlükəsizlik komissiyasının üzvü Cəlil Rəhimi Cahanabadi, hakimiyyət orqanlarının bəzi davranışlarının İranın mövcud sistemini alt-üst etmək məqsədi daşıdığını deyib.

“Əxlaq patrulunun hər hansı adda və başlıqda dirçəldilməsi, hər hansı şəkildə həyata keçirilməsi insanların inamsızlığını artırmaqdan, dolayı yolla insanların zəkasını təhqir etməkdən, elitaların miqrasiyasını artırmaqdan, terror mühiti yaratmaqdan və xalqı yenidən hökumətə meydan oxumağa təhrik etməkdən başqa heç bir nəticə verməyəcək. Əxlaq patrulunun məsuliyyətini heç kimin boynuna götürmək istəməməsi bu siyasətin düzgün olmadığını göstərir, çünki düzgün siyasət dəstəklənir”, - Cahanabadi vurğulayıb.

Komissiya üzvünün sözlərinə görə, indi nə hökumət, nə məhkəmə, nə polis, nə də başqaları bunu qəbul etməyə razı deyil. Bu isə “əxlaq patrulu”nun heç bir rasional əsası olmadığının göstəricisidir.

AzVision.az


Teqlər: İran   patrul  





Xəbər lenti