OPEC: keçən il İranın neft gəlirləri çoxalıb
Amma İranın xam neftinin ortalama qiyməti keçən il 100 dollar civarında idisə, keçən ay bu göstərici 75 dollara düşüb.
Beynəlxalq sanksiyalardan əvvəl İran Səudiyyə Ərəbistanından sonra OPEC-in ikinci ən böyük xam neft istehsalçısı olsa da, 2012-ci ildə Tehrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində İraq böyük fərqlə İranı üstələdi.
Donald Trampın prezidentliyi dövründə ABŞ-ın sanksiyalarından sonra isə, Küveyt və BƏƏ də İranı geridə qoydular.
AzVision.az