`Hakimiyyətdə yeni kadr dəyişikliyi gözlənilir`

`Hakimiyyətdə yeni kadr dəyişikliyi gözlənilir`
  04 İyun 2014    Oxunub:957
“Hakimiyyətdə kadr dəyişiklikləri hər zaman gözlənilir. Heç kim vəzifəsini itirməkdən sığortalanmayıb”.

Bunu AzVision.az-a millət vəkili Zahid Oruc bildirib. Hakimiyyətdə mühüm kadr dəyişikliyinin olacağına dair iddialara münasibət bildirən deputat bunun gözlənilən olduğunu deyib.

Z.Orucun fikrincə, ölkə başçısı yenidən prezident seçildikdən sonra hökumətin tərkibində xeyli dəyişikliklər həyata keçirib və bu proses davam edəcək.

“Konkret olaraq bu məsələ heç zaman son nöqtə qoyulmuş məsələ sayıla bilməz. Başqa tərəfdən, hətta ən yeni təyinat almış şəxslər belə onu öz düşüncələrində, hafizələrində saxlayırlar ki, bu, gündəlik işə dövlət rəhbərliyinin yanaşmasından, o məsələlərin nə dərəcədə yerinə yetirilməsindən, verilən qiymətdən asılıdır. Və bu mənada heç kim hər hansı bir şəkildə sözün yaxşı mənasında, mükafatlandırmaqdan həm də günün birində vəzifəsini itirməkdən sığortalanmayıb. Ona görə də bəzən mediada müxtəlif hökumət qurumlarında da dəyişikliklərlə bağlı məlumatları oxuyanda bunu bir az təəcüblə qarşılayıram. O mənada ki, bu xəbərlər nə üçün bu qədər qeyri-adi qarşılanmalıdır. Hər hansı nazirin və yaxud da ki, nazir müavinin bütövlükdə bir strukturun fəaliyyəti ilə bağlı cəmiyyətdə olan müraciətlər, şikayətlər daha çox olduqca ölkə rəhbərliyi bunu nəzərə alaraq, həmin çağırışları dəyərləndirərək, son dərəcə sərt qərarlarını vermiş olur.

Ona görə də zənn edirəm ki, bu məsələlər yaş kateqoriyasından və digər məsələlərdən asılı deyil. Biz son addımlarda da bunun şahidi olduq”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti