Keçmiş baş nazir Zelenskinin sülh planını qeyri-real adlandırıb

Keçmiş baş nazir Zelenskinin sülh planını qeyri-real adlandırıb
  24 İyul 2023    Oxunub:825
Ukrayna hökumətinin keçmiş rəhbəri Nikolay Azarov deyib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planı mahiyyət etibarilə real deyil və onun Qərbdən dəstəyi sülhə töhfə verməyəcək.
Keçmiş baş nazir bu barədə “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Azarov hesab edir ki, Zelenskinin “düsturunu” dəstəkləmək dalana dirənmək deməkdir. Və “Zelenski planı”nın özü, çox güman ki, ABŞ-da düşünülüb. Təbii ki, buna görə də Vaşinqton bu planı dəstəkləyir.

Keçmiş baş nazir Kiyevin irəli sürdüyü təşəbbüsləri ilkin olaraq perspektivsiz adlandırıb. Onun sözlərinə görə, tamamilə aydındır ki, ABŞ və NATO-ya üzv dövlətlər münaqişənin sülh yolu ilə həlli yoluna çıxmayana qədər Ukraynada vəziyyətin real yaxşılaşması olmayacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti