Dünyada 1,3 milyard insan diabetdən əziyyət çəkəcək
Ümumilikdə tədqiqatçılar 1990-cı ildən 2021-ci ilə qədər məlumat toplanmış 27 mindən çox mənbəni tədqiq ediblər. Qeyd olunub ki, sosial-demoqrafik faktorları və piylənməni nəzərə alan alimlər modelləşdirmə alətindən istifadə edib.
Qeyd olunub ki, 30 il ərzində Şimali Afrika, Yaxın Şərq və Sakit Okeanın ada dövlətləri də daxil olmaqla, bir çox ölkələrdə şəkər xəstələrinin sayı daha yüksək olacaq. Belə ki, bu dövlətlərdə 2050-ci ildə hər 5 nəfərdən 1-də diabet ola biləcək. Bu bölgələrdə yaşlı insanlar arasında diabetin yayılmasının daha da yüksək olacağı gözlənilir.
AzVision.az
Teqlər: