ABŞ Ukraynaya 32 "Stryker" zirehli personal daşıyıcısı verəcək
Vaşinqton həmçinin Kiyevə haubitsa mərmiləri, Hydra-70 raketləri, “Hornet” kəşfiyyat aparatları, NASAMS qısa və orta mənzilli zenit-raket kompleksləri üçün döyüş sursatı, HIMARS reaktiv yaylım atəşi sistemləri və “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcək. Bundan əlavə, ABŞ Ukraynaya təxminən 28 milyon patron verəcək.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, ABŞ hakimiyyəti iyulun 25-də 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edə bilər.
AzVision.az
Teqlər: