İraqın İrana olan borcunun bir hissəsi Omana köçürüləcək
“Təsdiq edə bilərəm ki, Oman bu pulun bir hissəsini İrana köçürməyə hazır olduğunu nümayiş etdirib və bu maliyyə transferinin həyata reallaşdırılması gözlənilir. Bu addım pulların İraqdan çıxarılması üçün mühüm addımdır. Çünki İran bu borcdan İraqa və qonşusuna təzyiq göstərmək üçün bir rıçaq kimi istifadə edir. İraqdan Omana köçürülən pullar bu ölkədəki hesabda saxlanılacaq və İran ondan ancaq humanitar məsələlər də daxil olmaqla, qeyri-sanksiya məqsədləri üçün istifadə edə bilər”, - Miller deyib.
Millerin bəyanatından bir neçə saat əvvəl İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında ötən həftə Vaşinqtonun Bağdadın Tehrana borcuna “müstəsna” yanaşmasını xatırladıb.
“Amerika hökuməti bu yaxınlarda borcların bir hissəsini İraq bankından köçürmək üçün lazımi icazə verdiyini açıqlayıb və İran bu borcları almağa davam edir. Biz irəliləyiş əldə etmişik, lakin borcları toplamaq lazımdır”, - Kənani vurğulayıb.
Lakin Kənani bloklanmış valyuta resurslarının İraqdan kənarda hansı banka köçürüləcəyini bildirməyib. “Reuters” agentliyinin məlumatına görə, ABŞ ilk dəfədir ki, İraq banklarından başqa banklardakı hesablara belə pulların ödənilməsinə icazə verir.
AzVision.az