Mövləvi Əbdülhəmid: "İran hökumətinin siyasi iradəsi çatmır"
“Nəzarət şurası səriştəsiz idarəçiləri birbaşa və dolayısı ilə seçməklə ölkədə ciddi problemlərlə üzləşib. Ayətullah Əhməd Cənnətinin Nəzarət şurasının katibi kimi saxlanılmasının davam etməsi hökumətdə keçmişin yanlış siyasətini dəyişmək iradəsinin olmadığını göstəri”, - Əbdülhəmid deyib.
Nəzarət şurası İranda ən yüksək nəzarət qurumlarından biridir və onun üzvləri mühüm idarəetmə məsələləri, o cümlədən prezidentliyə namizədlərin seçilməsi, Rəhbərlik ekspertlər şurası və İslam Şurasına dair qərarlar qəbul edirlər.
Bu qurum İran Konstitusiyasının təfsirinə də cavabdehdir. İslam Şurasının bütün qərarları yalnız Nəzarət şurası onların şəriət və konstitusiya ilə ziddiyyət təşkil etmədiyini təsdiqləyəndən sonra dərc və icra oluna bilər.
Artıq 30-cu ildir ki, Nəzarət şurasına rəhbərlik edən və bir neçə gün əvvəl yenidən bu vəzifədə saxlanlılan 97 yaşlı Əhməd Cənnəti dəfələrlə seçki işlərinə qarışmaqda və fundamentalist fraksiyanın namizədlərinə üstünlük verməkdə ittiham olunur.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az