İranlı hüquq müdafiəçiləri alçaldıcı hökmlərə qarşı çıxırlar
“İrandakı hazırkı vəziyyət, yəni qadınların hicabı açması bəhanəsi ilə alçaldıcı cəzalara məhkum edilməsi geniş şəkildə pislənməlidir. İran fəalların və beynəlxalq ictimaiyyətin aylardır davam edən tələblərinə dərhal diqqət yetirməli, qadın və qızların hüquqlarını qanunda və əməldə təmin etməlidir. İranda “əxlaq patrulu”nun geri qayıtması son dərəcə narahatlıq doğurur və ölkədə qızlar və qadınlar üçün potensial ağır nəticələrlə bağlı həyəcan təbili çalır”, - bəyanatda deyilir.
İnsan haqları təşkilatı, həmçinin, hökumətin siyasətinin milyonlarla iranlı qızın və qadının ləyaqətinin, hüquqlarının və gələcəyini risk altına atdığını bildirib.
Hüquq müdafiəçiləri məcburi hicab məhkəmələrinin son hökmlərinə, xüsusilə də məcburi hicaba qarşı çıxan qadınları “ruhi xəstə” adlandıran məhkəmələrin fəaliyyətinə qarşı etiraz ediblər.
AzVision.az