"Ermənistan Qarabağ xalqının taleyini həll edə bilməz" - Paşinyan
Baş nazirin fikrincə, rəsmi Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsindən imtina etməyib: "Mən danışıqlar masasında belə bir mesaj almamışam ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında danışmaqdan imtina etdiyini söyləsin. Mən hələ də anlaya bilmirəm ki, niyə onlar (separatçıları - Qeyd) bu mövzunu Azərbaycanla müzakirədən imtina edirlər?"
Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərdə prioritetlərin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandıran Paşinyan deyib: "Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platformalarda - Moskvada, Vaşinqtonda və Brüsseldə aparılır. Gündəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi dəyişmir".
Nikol Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin layihəsi ilə bağlı hələ razılıq əldə edilməyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ daxil olmaqla, 86,6 min kvadratmetr ərazi bütövlüyünü tanıdığını bəyan edib.
AzVision.az
Teqlər: