Aİ Ukraynaya 1,5 milyard avro ayırır
"Bu gün biz ölkənin infrastrukturun yenidən qurulmasına kömək etmək üçün daha 1,5 milyard avro ödədik".
AK sədrinin müavini Valdis Dombrovskis qeyd edib ki, ümumilikdə Aİ 2023-cü ildə Ukraynaya 10,5 milyard avro yardım edib.
Dombrovskis əlavə edib ki, Ukrayna makromaliyyə yardımı almaq imkanı üçün şərtlərin hazırlanmasında irəliləyiş əldə edir: qanunun aliliyinin gücləndirilməsi, enerji səmərəliliyinin artırılması və investisiya mühitinin sabitləşdirilməsi.
Aİ Kiyevə cari il üçün 18 milyard avro məbləğində makromaliyyə yardımı proqramı vəd edib.
Qeyd edək ki, ötən həftə Ukrayna İqtisadiyyat Nazirliyi İsveçin Ukraynanın bərpası üçün layihələrə 522,6 milyon avro ayıracağını açıqlayıb.
AzVision.az
Teqlər: