İranlı deputat: Rza Seqatinin əməllərindən məlumatlı idik
“Rza Seqatinin intim görüntüləri yayımlanmamışdan əvvəl Gilan vilayətinin baş direktorunun əlaqələrindən məlumatlı idik və nazirə xəbərdarlıq etmişdik. Bu məsələnin açıq şəkildə ifadə edilə bilməyən gizli kökləri və ölçüləri var. Bu işdən xəbəri olan və ört-basdır edən hər kəs, məncə, bu torpağa, suya xaindir”, - Mahmudvənd deyib.
Dövlət rəsmiləri və qurumlarının bu video ilə bağlı bir neçə günlük sükutundan sonra Gilan Mədəniyyət və İslami İrşad baş idarəsi bunu “Gilan rəhbərliyinin baş direktorunun şübhəli səhvi” adlandıran bildiriş dərc edib. Eyni zamanda, bu işin “ətraflı araşdırma” üçün ədliyyə sisteminə göndərildiyi açıqlanıb.
Sözügedən videonun yayılmasından sonra sosial şəbəkələrdə hökumət rəsmiləri və tərəfdarlarının “riyakarlığına” qarşı reaksiyalar dalğası başlayıb. Bundan sonra “GilXəbər” saytı təfərrüatlara varmadan Rza Seqatinin “yaradılan qalmaqallara görə” Gilan şəhərinin Mədəniyyət və İslam İrşadının baş direktoru vəzifəsindən azad edilməsi barədə məlumat yayıb.
Rza Seqatinin əxlaqsızlığını işfşa edən məlumatlardan, deputatın dediyinə inansaq, xəbərdar olan Mədəniyyət nazirliyinin heç bir tədbir görməməsi həqiqətən də çox maraqlıdır. Görünür, bu İranın siyasi elitası daxilində bütün əxlaqsızlıqların ört-basdır edilməsi “strategiyası”nın ana xəttidir. Bu baxımdan, İranda məcburi hicabın və “əxlaq patrulu”nun adeptlərinin intim görüntülərinin hələ çox üzə çıxacağı istisna deyil.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az
Teqlər: