Paşinyan: "Qarşıdurmaya çağırışlar Ermənistanın varlığını şübhə altına alır"

      Paşinyan:    "Qarşıdurmaya çağırışlar Ermənistanın varlığını şübhə altına alır"
  25 İyul 2023    Oxunub:814
Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıran insanlar onun mövcudluğunu şübhə altına alırlar.
AzVision.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan hökumətində keçirdiyi mətbuat konfransında deyib.

Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qarşı müxalifət hərəkatına münasibət bildirmək istənildikdə, Paşinyan şərh verməkdən çəkinəcəyini deyib. Eyni zamanda, qeyd edib ki, Ermənistanın yaxın 30 ildə qarşıdurma rejimində yaşaması ilə bağlı rəy də varş

"Mən kiminsə istəklərini və ya fikirlərini qiymətləndirmək istəmirəm. Niyyətlər yaxşı, konstruktiv ola bilər, lakin biz mümkün nəticələrdən danışırıq", - baş nazir bildirib.

"Səhvlərindən dərs almış bir şəxs, öhdəlikləri olan bir məmur kimi deyə bilərəm: əgər kimsə deyirsə ki, Ermənistan qarşıdurma rejimində yaşamalıdır, o, əslində dövlətin mövcudluğunu şübhə altına qoyur. Mən demirəm ki, bu insanlar bunu istəyir, amma nəticəsi belə olacaq", - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, 2020-ci il müharibəsi zamanı Ermənistan az qala möcüzəvi şəkildə öz dövlətçiliyini xilas edərkən, o da hücuma məruz qalıb. O qeyd edib ki, bu məntiqlə yaşamaq ölkəni ölümə məhkum etmək deməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti