İranda mülki geyimlilər bir turisti “iflic” vəziyyətinə saldılar

İranda mülki geyimlilər bir turisti “iflic” vəziyyətinə saldılar
  25 İyul 2023    Oxunub:899
İranın Semnan vilayətinin Opert kəndində mülki geyimli silahlı şəxslərin bir qrup turistə hücumu nəticəsində turistlərdən biri kürəyindən aldığı zərbədən “əbədi iflic” olub.
AzVision.az hadisəyə yaxından şahid olduğunu deyən və adını açıqlamayan turistlərdən birinin “Fəraz” saytına verdiyi məlumata istinadən bildirir ki, hücum edənlərin, demək olar ki, hamısı 18 və ya 19 yaşındadır. Onlar cibi olan partizan şalvarları geyinib, üzlərini çalma ilə örtüblər.

“Qadınlar da döyülürdü, amma kişilər daha çox döyülürdü. Turust yoldaşımız kürəyindəki zərbə səbəbindən həmişəlik iflic vəziyyətindədir”, - adını söyləməyən turist deyib.

İran mediası iyulun 20-si axşam saatlarında Semnan və Mazandaran əyalətlərinin sərhədində yerləşən Opert yay və dağlıq ərazidə bir qrup turist naməlum şəxslər tərəfindən hücuma məruz qaldığı barədə məlumat yayıb.

Turistlərdən birinin ifadəsinə görə, bu şəxslər SEPAH-ın forması geyiniblər və SEPAH loqosu olan avtomobillərdə hərəkət ediblər.

Həmçinin sosial şəbəkələrdə yayılan xəbər və şəkillərə görə, hücum edənlərin odlu silahlarla silahlandığı və bu hücumun “Məhərrəm ayının üçüncü gecəsində təbiətdə gəzinti” səbəbindən baş verdiyi bildirilir.
AzVision.az


Teqlər: İran   turistlər  





Xəbər lenti