Fransız dili artıq Malidə rəsmi dil olmayacaq

   Fransız dili artıq Malidə rəsmi dil olmayacaq
  25 İyul 2023    Oxunub:934
Malidə rəsmi dil kimi istifadə edilən fransız dili bu statusunu itirir.
Yeni konstitusiya qanununa görə, fransız dili rəsmi statusdan çıxarılaraq bundan sonra işçi dil kimi istifadə ediləcək. Bununla yanaşı, Malidə danışılan 13 dil rəsmi status alacaq.

Xatırladaq ki, Fransanın keçmiş müstəmləkəsi olan Mali 1960-cı ildə müstəqillik qazandıqdan sonra fransız dilini rəsmi dil olaraq istifadə edirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti