Abdullahyan: Bakı İran-Ermənistan tarixi yolunu bağlamağa çalışmır
“İran Ermənistan və Azərbaycan Respublikası arasında sülh danışıqlarının irəliləyişini alqışlayır və fəal diqqəti regionda sülh yoluna yönəldir”, - Əmir Abdullahian deyib.
İran mediasının məlumatına görə, Ermənistanın Xarici İşlər naziri İran-Ermənistan tranzit yollarının əhəmiyyətindən danışıb.
- Şimal-Cənub dəhlizinin həyata keçirilməsi İrəvan üçün vacibdir. Ermənistan və İran arasında üçtərəfli əlaqələr formasında tərəfdaşlıq böyük əməkdaşlıq platforması hesab olunur”, - Mirzoyan deyib.
Sözsüz ki, rəsmi Tehranın belə bəyanatları təqdirəlayiqdir, lakin Azərbaycan bu sözlərin əməldə təsdiqini gözləyir. Həm İran, həm də Ermənistan tərəfindən.
AzVision.az
Teqlər: Azərbaycan İran