Paşinyan: "Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığı azalıb"

      Paşinyan:    "Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığı azalıb"
  25 İyul 2023    Oxunub:1013
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb".
AzVision.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Paşinyan buna səbəb kimi Ukrayna müharibəsini göstərib. Bununla belə, o, danışıqların lazım olduğuna diqqət çəkib.

Eyni zamanda, Baş nazir Avropa və ABŞ-ın bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti