İranlı hakim Bernard Filana həbsxanada öləcəyini vəd edibmiş

İranlı hakim Bernard Filana həbsxanada öləcəyini vəd edibmiş
  25 İyul 2023    Oxunub:887
İranın məhkəmə orqanlarının hökumətin siyasətinə etiraz edənlərə, habelə İranda həbsə salınan xarici vətəndaşlara qərəzli münasibəti artıq heç kimə sirr deyil.
AzVision.az xəbər verir ki, Fransa-İrlandiya vətəndaşı və İranda keçmiş siyasi məhbus olmuş Bernard Filan İrlandiyanın “RTA” müsahibəsində İran həbsxanalarındakı vəziyyətdən və ona qarşı tətbiq olunan psixoloji işgəncələrdən danışarkən İranın məhkəmə orqanı hakiminin “həbsxanada öləcəksən” dediyini söyləyib.

Filan İran həbsxanasında məruz qaldığı psixoloji işgəncələr üzündən psixi vəziyyətinin yaxşı olmadığını və bəzi gündəlik işlərin onun həbsxanada keçirdiyi pis xatirələri yada saldığını bildirib.

Nümunə kimi kabuslarını xatırladan keçmiş siyasi məhbus hazırda müalicə və dərmanlar aldığını diqqətə çatdırıb.

“Mən bilirdim ki, nəhayət çıxacağam, amma bilmirdim ki, altı ay və ya altı ildən sonra çıxacağam. Üstəlik, azadlığa çıxandan sonra maddi vəziyyət də pisləşir. Heç kim sənə deməyəcək ki, bu qədər pulu al, get paltar al, restorana get”, - Filan deyib.

Fransa hakimiyyətini də tənqid edən Filan, azadlığa çıxandan sonra ondan maddi vəziyyəti barədə soruşulmadığını deyib.

Yeri gəlmişkən, Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə günlərin birində dindiricisinin “dindirilmənin ortasında video kameranı kəsərək, ona “əməkdaşlıq” təklif etdiyin, lakin onun bundan boyun qaçırdığını da bildirib.

İran məhkəməsi Bernard Filanı “casusluq” cinayətinə görə 6 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Əvvəllər dəfələrlə İrana səfər etmiş Filan, İranın indiki hakimiyyəti dövründə bir daha bu ölkəyə səfər etməyə cəhd etməyəcəyini açıqlayıb.
AzVision.az


Teqlər: İran   Filan  





Xəbər lenti