İranda jurnalisti parlament üzvünün müsahibəsinə görə həbs etdilər
Mustafa Cəfəri iyulun 12-də Mədəni irs və turizm nazirinin Qəzvinə səfəri zamanı Takistanın parlamentdəki nümayəndəsi Rəcəb Rəhmaninin Qəzvin valisi ilə əl sıxışmadığını göstərən və onu “namərd” adlandırdığı video yayımladı. Beş gün sonra Mustafa Cəfərinin sosial şəbəkələrdə bu videonun dərcinə görə həbs edildiyi və daha sonra zaminə buraxıldığı bildirildi.
İyulun 18-də isə “Qəzvin Titer” saytı parlament üzvü Rəcəb Rəhmaninin Daxili İşlər nazirinin impiçmentini tələb etdiyi müsahibəsini dərc edib. Həmin müsahibədə deputat bəzi valilərin “zəifliyini” tənqid etməklə yanaşı, onları özbaşına və düşünülməmiş hərəkətlərdə suçlandırıb.
“İLNA” agentliyi Cəfərinin həbsinin əsl səbəbini məhz həmin müsahibənin dərcində görürlər.
Bu həbslə bağlı vəkil və hüquqşünas Kambiz Novruzi “ILNA” agentliyinə bildirib ki, dövlət rəsmilərinin və ya parlament üzvlərinin çıxışı dərc oluna bilər və dərc olunan material “yanlış”dırsa, jurnalist “məsuliyyət daşımır”.
Mustafa Cəfəri ötən ilin avqustunda Qəzvin Tibb elmləri universitetinin şikayəti üzrə məhkəmədə “yalan yaymaq” ittihamı ilə “iki il həbs, iki il jurnalistika peşəsində işləməkdən məhrum edilmə və media fəaliyyətindən kənarlaşdırma” cəzasına məhkum olunmuşdu.
AzVision.az