Seksual manyak olan Bəsic komandirinə yüksək vəzifə verilib - FOTO
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəndər Ənzəli şəhəri üzrə Aşura taborlarının baza komandiri İman Talebi Fər boşanmış bir qadının evinə basqın edərək ona təcavüz etmək istəyib. Lakin qadının ailəsi onun bu cəhdinə mane olub.
Ailə təcavüzkar şəxs barədə polisə məlumat versə də, hökumət məmurları onun hərəkətlərini gizlədiblər.
Hazırda İman Talebi Fərə vəzifə verilib - o, SEPAH-ın Bəndər Ənzəli şəhəri üzrə hərbi qurumunun komandirinin müşaviri təyin edilib.
AzVision.az
Teqlər: İran