Yunanıstanda meşə yanğınlarında 5 nəfər öldü

 Yunanıstanda meşə yanğınlarında 5 nəfər öldü
  26 İyul 2023    Oxunub:718
Yunanıstan adalarında baş verən meşə yanğınları azı 3 nəfərin həyatına son qoyub.
Bundan başqa meşə yanğınını söndürən təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. Türkiyə və Slovakiya qüvvələrinin köməyi ilə Rodos, Korfu və Evbey adalarında yüzlərlə yanğınsöndürən tüğyan edən yanğınlarla mübarizə aparır, təcili yardım təyyarələri turistləri çıxarır.

Baş nazir Kiriakos Mitsotakisin sözlərinə görə, yaxın günlər çətin olacaq. Onun sözlərinə görə, cümə axşamından sonra hava şəraitinin mümkün yaxşılaşması gözlənilir.


AzVision.az


Teqlər:





Xəbər lenti