İqbal Ağazadə müavinlərini istefaya göndərdi

İqbal Ağazadə müavinlərini istefaya göndərdi
  04 İyun 2014    Oxunub:1002
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iyunun 4-də yeni sərəncam imzalayıb.

Sərəncama əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Yaxın zamanlarda yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək(qafqazinfo)




Teqlər:





Xəbər lenti