Sərnişin təyyarədə uçuş vaxtı intihar edib

Sərnişin təyyarədə uçuş vaxtı intihar edib
  26 İyul 2023    Oxunub:892
“Türk Hava Yolları”na məxsus İstanbul-Mərakeş reysi ilə uçan təyyarə sərnişinin intihar etməsindən sonra Əlcəzairdə məcburi eniş edib.
Bu barədə aviaşirkət tviter səhifəsində məlumat yayıb. Təyyarə havaya qalxdıqdan sonra tualetə daxil olan sərnişinin uzun müddət çıxmadığını görən heyət üzvlərindən biri narahat olub. Nəticədə qapı sındırılıb və adı açıqlanmayan sərnişinin meyiti aşkarlanıb.

Təyyarənin komandiri Əlcəzairə təcili eniş etmək qərarına gəlib. Yerli həkimlər sərnişinin ölümünü sənədləşdirib. Lazımi hüquqi prosedurları yerinə yetirdikdən sonra təyyarə təyinat yerinə uçuşunu davam etdirib. “Türk Hava Yolları” hadisə ilə bağlı araşdırma aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti