NİDA-nın `Coca-Cola`fırıldağı ifşa oldu - AÇIQLAMA

NİDA-nın `Coca-Cola`fırıldağı ifşa oldu - AÇIQLAMA
  04 İyun 2014    Oxunub:1718
“Coca-Cola Azərbaycan” şirkəti istehsal etdiyi məhsulun üzərində NİDA Vətəndaş Hərəkatının adının yazılmasına aydınlıq gətirib.

Şirkətdən AzVision.az-a verilən məlumata görə, “Coca-Cola” şirkəti belə adlı məhsul istehsal etməyib.

““Coca-Cola” siyasətə heç vaxt qatılmayıb. Bu məlumat da həqiqəti əks etdirmir. Bu barədə biz rəsmi məlumat yayacağıq. Bizdə bu adda məhsul istehsal edilməyib”-deyə şirkətdən bildirilib.

Qeyd edək ki, “Coca-Cola Azərbaycan” şirkəti istehsal etdiyi məhsulların üzərinə müxtəlif adların yazılmasını davam etdirir. Xeyli müddətdir bu ad yazma kampaniyasına başlayan şirkət bu dəfə öz məhsulunun üzərinə NİDA Vətəndaş Hərəkatının adını yazıb.

Sosial şəbəkələrdə geniş şəkildə paylaşılan bu məlumat bəzi insanlar tərəfindən təəccüblə qarşılanıb.

Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, ekspertlər bunu şirkətin Azərbaycanda rəngli inqilabları təbliğ etmək cəhdi kimi qiymətləndirirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti