“Sputnik Litva”nın baş redaktoru Latviyadan qaçdı
Marat Kasem Latviya vətəndaşıdır, o, bir neçə ildir ki, Moskvada yaşayır və Sputnik Litvanın da daxil olduğu Russia Today media qrupunda işləyir. 2022-ci ilin 30 dekabrında jurnalist ailəvi səbəblərə görə Latviyaya gedib. Kasem orada saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib. Apreldə isə Kasem Latviya həbsxanasından zaminə buraxılıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Latviya