İstanbulu qana boyayacaqlardı, yaxalandılar - VİDEO

   İstanbulu qana boyayacaqlardı, yaxalandılar -    VİDEO
  26 İyul 2023    Oxunub:1038
İstanbulda terror törətməyə hazırlaşan iki PKK/KCK üzvü yaxalanıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Fatimə Əl Musa və Velat Cəmo adlı terrorçular İstanbul İl Jandarma Komandanlığının terrorla mübarizə qrupları tərəfindən Başakşehir rayonunda saxlanılıblar.

Onlar Suriyanın ayrı-ayrı bölgələrində döyüş hazırlığı keçiblər və partlayıcı maddələr, əməliyyatlar, sızma və hücumlarla bağlı təlimlərdə iştirak ediblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Terror  





Xəbər lenti