Yunanıstan cəhənnəmi yaşayır - FOTOLAR

 Yunanıstan cəhənnəmi yaşayır -  FOTOLAR
  26 İyul 2023    Oxunub:851
Rodos adasında ötən həftə başlayan meşə yanğınları nəzarətsiz şəkildə yayılmağa davam edir. Səlahiyyətlilər bildirir ki, bu ölkədə baş verən yanğınların ən təhlükəlisidir.
Hökumətin sözçüsü Pavlos Marinakis dünən keçirdiyi brifinqdə bildirib ki, son 12 gündə ölkə daxilində 600-dən çox yanğın baş verib.

Alovun böyük hissəsi yayılmadan nəzarət altına alınsa da, bəzi ərazilərdə baş verən yanğınlar yaşayış məntəqələrinə çataraq çoxlu sayda insanın təxliyəsinə səbəb olub.

Adanın dağlıq daxili hissəsində başlayan yanğınlar güclü külək, yüksək temperatur və quru havanın təsiri ilə sahilyanı ərazilərə, o cümlədən otellərə yayılıb.

İndiyədək Rodosun müxtəlif bölgələrindən 20 mindən çox insan təxliyə edilib. Yunanıstan İqlim Nazirliyinin rəsmiləri təxliyyələrlə bağlı açıqlamasında bunun ölkədə indiyə qədər həyata keçirilən ən böyük təxliyə əməliyyatı olduğunu bildirib.









Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti