İran hökuməti inflyasiyanı cilovlaya bilmir

İran hökuməti inflyasiyanı cilovlaya bilmir
  26 İyul 2023    Oxunub:714
Cəmiyyətdə mövcud olan protest əhval-ruhiyyəsi fonunda İran hakimiyyətinin üzərində baş dındırdığı ən ciddi problmlərdən biri də heç olmasa inflasiyanın artan sürətini səngitməkdir. Lakin statistik göstəricilər hökmətin siyasətinin bu müstəvidə uğursuzluğa düçar olduğundan xəbər verir.
AzVision.az İranın Statistika mərkəzinin yeni hesabatına istinadən bildirir ki, bu ilin iyul ayında ərzaq məhsullarının illik inflyasiya səviyyəsi 66% olub. Qida məhsulları arasında isə 145% qiymət artımı ilə yağlar və piylər birinci yerdə qərarlaşıb. Ətin qiymətində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artım (illik inflyasiya) 82-86% təşkil edib.

Xalqın qırmızı ət ala bilməməsi və istehlakının xeyli azalması ilə yanaşı, son günlər toyuğun qiymətinin 120 min tümənə qalxması tənqid dalğasına səbəb olub. Bu sahənin statistikasına görə, cari ilin iyul ayında toyuq ətinin qiyməti ötən illə müqayisədə demək olar ki, iki dəfə artıb (nöqtəbənöqtə inflyasiya). Lakin Statistika mərkəzi bu rəqəmin 80%-dən az olduğunu açıqlayıb.

Ümumiyyətlə, dövlət qurumlarının rəsmi məlumatları müstəqil mərkəzlərin hesabatlarından çox fərqlənir. Məsələn, dövlət rəsmiləri bu ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 37% artdığını iddia edirlər ki, bu da müxtəlif sahələr üzrə aparılan hesabatlarla xeyli ziddiyyət təşkil edir. İran Statistika mərkəzinin hesabatında mənzil qiymətlərinin və kirayə haqqının ölkədə cəmi 38% artdığı bildirlsə də, real rəqəmlər başqa mənzərəni əks etdirir.

Statistika mərkəzinin qiymətləndirməsinə görə, ölkənin əyalətləri arasında ən yüksək inflyasiya Yəzd vilayətində qeydə alınıb. Bütün ölkə üzrə orta illik inflyasiya 47,5% olduğu halda, Yəzddə bu rəqəm təxminən 58% təşkil edib. Bu baxımdan, hesabat dövrü ərzində Tehranda ən aşağı inflyasiya qeydə alınıb. Paytaxtda qiymət artımı 43% təşkil edib. Ümumilikdə, ölkənin əyalətlərinin üçdə ikisində qiymət artımı illik orta inflyasiya səviyyəsindən yüksək olub.
AzVision.az


Teqlər: İran   inflyasiya  





Xəbər lenti