İran Rusiyaya verdiyi PUA-larda Çin hissələrindən istifadə edib |
Onun sözlərinə görə, ruslar indi əksər hallarda cənub istiqamətində, Azov dənizinin şərq sahillərindən “şahidlər” atırlar. Lakin onlardan işğal olunmuş Krımda da istifadə olunması halları aşkarlanıb.
Qeyd edək ki, ruslar İran istehsalı olan "Şahed"lərdən Kiyevə qarşı aktiv şəkildə istifadə edirlər. Rusiya ordusu bir neçə aydır ki, Ukrayna şəhərlərinə və mühüm infrastruktur obyektlərinə zərbələr endirmək üçün bu dronları işə salırdı.
İran PUA-ların ilk partiyasını Rusiyaya 2022-ci ilin yayında satıb. Daha sonra mediada Moskva ilə Tehran arasında Rusiya ərazisində pilotsuz təyyarələrin istehsalına dair razılığın əldə olunması barədə məlumatlar yayıldı.
Tural Tağıyev
AzVision.az