"NATO-nun Cənubi Qafqazın işlərinə qarışması sabitliyi pozacaq" - Rusiya XİN

   "NATO-nun Cənubi Qafqazın işlərinə qarışması sabitliyi pozacaq"    - Rusiya XİN
  26 İyul 2023    Oxunub:1011
NATO-nun Cənubi Qafqazdakı işlərə qarışması regionun sabitliyini pozacaq və tam hüquqlu sülh nizamlanmasını uzun müddətə təxirə salacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. O, Ermənistanın yüksək rütbəli rəsmiləri ilə Pentaqon arasında təmasların qurulmasını mövzusunu şərh edib. Diplomat bildirib ki, NATO ölkələri, o cümlədən ABŞ və Türkiyənin Cənubi Qafqaza maraqları xeyli artıb.

Zaxarova həmçinin Kanada nümayəndələrinin Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasına qoşulmasını da təsadüfi hadisə saymayıb.

“Ermənistanda kanadalıların peyda olması bir faktı açıq şəkildə təsdiq edir- xarici siyasət müstəqilliyini tamamilə itirmiş Avropa İttifaqı ABŞ və NATO-nun maraqlarına xidmət edir”, - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO  





Xəbər lenti