Deputat müavinlərini niyə qovdu? - AÇIQLAMA

Deputat müavinlərini niyə qovdu? - AÇIQLAMA
  04 İyun 2014    Oxunub:955
“Partiyanın işinin yenidən təşkil edilməsi, bələdiyyə seçkilərinə daha yaxşı hazırlaşmaq üçün bu qərarı qəbul etmişəm”.
Bunu AzVision.az-a açıqlamasında Ümud partiyasının sədri, millət vəkili İqbal Ağazadə müavinlərinin işdən çıxarılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda yeni müavinlər təyin edəcək.

“Hələlik kimlərin olacağı məlum deyil. Amma kadrlarla söhbətimdən asılı olaraq təyin edəcəm”.

Qeyd edək ki, bu gün İqbal Ağazadə yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti