İranda iki məhbusun edam hökmünün iscrası dayandırıldı

İranda iki məhbusun edam hökmünün iscrası dayandırıldı
  26 İyul 2023    Oxunub:939
İran məhkəmələrinin son aylarda çıxardığı ölüm hökmlərinin sayının artması vətəndaş cəmiyyətinin və büynəlxalq insan haqları müdafiəsi təşkilatlarının sərt reaksiyaları ilə üzləşir. Məhz bu müqavimət nəticəsində bəzi hallarda edam hökmlərinin israsının dayandırılmasına nail olunur.
AzVision.az Məhəmməd Qubadlunun vəkili Əmir Rəisyanın və Abbas Dərisin vəkili Firiştə Tananyanın öz Tvitter hesablarında paylaşdıqları məlumata istinadən bildirir ki, bu müttəhimlərin müfafiq olaraq qisas cəzası və ölüm hökmünün icrası Ali Məhkəmə tərəfindən dayandırılıb.

Son ümummilli etirazlarda saxlanılan Məhəmməd Qubadlı bir polis məmurunu öldürmək və digər beş zabiti maşınla yaralamaq iddiası ilə “müharibə” və “yer üzərində fəsad” ittihamları ilə edama məhkum edilib.

Abbas Dəris isə 2019-cu ilin noyabrında keçirilən etiraz aksiyaları zamanı qardaşı Möhsün Dərislə birlikdə Mahşəhrdə həbs edilib. O, “müharibə aparmaqda, asayişi pozmaqda və Nopo kimi tanınan polis qüvvələrinin xüsusi təyinatlılarından biri olan Rza Səyadinin qətlində iştirakda” günahlandırılıb.

2022-ci ilin dekabrında Mahşəhr İnqilab məhkəməsinin Abbas Dəris barəsində çıxardığı “edam” hökmünü Ali Məhkəmənin 39-cu şöbəsi də təsdiqlədi. Lakin sosial şəbəkələrdə ona göstərilən dəstək dalğası, ailəsi və uşaqlarının mesajları ardınca verilən yeni qərara əsasən, Dərisin işi bir daha araşdırılacaq.

Onlarla etirazçının edam cəzası məsələsinə qarşı İranda və dünyada etiraz tərəfdarlarının ucalan haqq səsinin geniş vüsət alması hakimiyyətə təzyiqlərin güclənməsinə səbəb oldu. Məhz bundan sonra İranın Ali məhkəməsi tərəfindən ən ağır qərarlardan bəziləri pozulub və ya etibarsız hesab edilib.

Lakin çoxlu sayda etirazçı, siyasi və vətəndaş fəalları, jurnalistlər hələ də həbsdədir və onların əhəmiyyətli bir hissəsinə qarşı çıxarılan ölüm hökmü hələ də qüvvədədir.
AzVision.az



Teqlər: İran   edamlar  





Xəbər lenti