Ukraynalı teleaparıcı Rusiyada axtarışa verildi

   Ukraynalı teleaparıcı Rusiyada axtarışa verildi
  26 İyul 2023    Oxunub:794
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın “1+1” kanalının teleaparıcısı Natalya Moseyçuk və həkim Gennadi Druzenkonun efirdə Rusiya hərbçilərinə qarşı zorakılıq çağırışlarından sonra nifrətin qızışdırılması maddəsi ilə axtarışda olduqlarını elan edib.
Bu barədə TASS məlumat yayıb. Moseyçuk və Druzenkoya qarşı cinayət işi 2023-cü ilin martında başlanıb. Bundan əvvəl Druzenko dediyi sözlərə görə üzr istəyib və onların emosiyalarla deyildiyini bildirib.

“Rəsmidir. Birinci könüllü səyyar xəstəxana heç kimi kastrasiya etmir və etməyəcək də. Bunlar emosiyalardı. Çox üzr istəyirəm. Həyatları xilas edirik. Nöqtə", - deyə o yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti