İlham Əliyev Türkiyədə - səfər başladı

AzVision.az-ın məlumatına görə, prezidenti Muğla-Bodrum Hava limanında Muğlanın valisi Hakan Güvençer, Böyükşəhər Bələdiyyəsinin sədri Osman Gürün və Bodrum Jandarma Komandiri Halil Çelik qarşılayıb.
Qarşılanma mərasimindən sonra İlham Əliyev qalacağı otelə gedib.
Qeyd edək ki, Türkiyənin Bodrum şəhərində iyunun 4-5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı baş tutacaq. Toplantı çərçivəsində bu gün Türkiyə prezidenti Abdulla Gül və İlham Əliyevin görüşü olacaq.
Sevinc İltifatqızı