Vaşinqton: Rusiyaya hələ də ən böyük dəstəyi İran verir
“Biz artıq bu məsələni aydın şəkildə müzakirə etmişik. İran hələ də Rusiyanın ən böyük hərbi dəstəkçisidir və demək olar ki, Rusiya İrandan yüzlərlə intihar aparatı, eləcə də PUA-ların istehsalı ilə bağlı avadanlıq alıb. Rusiya Kiyevə hücum və Ukrayna xalqı arasında terror yaratmaq üçün İran PUA-larından istifadə edib. Rusiya ilə İran arasında bu hərbi tərəfdaşlıq hələ də dərinləşməkdədir”, - Patel deyib.
ABŞ-nin Müdafiə nazirliyinin Kəşfiyyat idarəsinin yüksək rütbəli rəsmisi analitiklərin ilk dəfə ötən ilin aprelində Rusiya ilə İran arasında hərbi əməkdaşlığın artdığınının şahidi olduqalrını söyləyib. Ağ Ev isə ötən ilin iyulunda İranın Rusiyaya PUA-lar verməyə hazırlaşdığını açıqlamışdı.
AzVision.az