“COVID-19”un yayılmasının qarşısını azaldan dərman açıqlandı
İşdə 1172 nəfər iştirak edib: onların bir hissəsi koronavirusa yoluxub, digər hissəsi isə yoluxmuş insanlarla eyni evdə yaşayıb. Tədqiqatçılar koronavirusun yayılmasını qiymətləndirmək üçün yoluxmuş insanların müalicəsinin və onlarla birgə yaşayanların interferonla qarşısının alınmasının effektivliyini sınaqdan keçiriblər.
Könüllülər iki qrupa bölünüb: birinci qrupdakı iştirakçılar “COVID-19” üçün standart müalicə alıblar, ikinci qrupdakı iştirakçılara isə üç doza interferon iynəsi vurulub. Bir ay ərzində könüllülərin və onların ailələrinin vəziyyəti nəzarətdə saxlanılıb.
Nəticələr göstərib ki, interferon “COVID-19”a yoluxmuş insanlarda infeksiyanın gücünü zəiflətməsə də, yoluxmuş şəxslə yaşayan insanlar arasında virusun yayılması şansını azaldıb.
AzVision.az
Teqlər: