Borell Quranın yandırılmasını pislədi

   Borell Quranın yandırılmasını pislədi
  26 İyul 2023    Oxunub:789
“Avropa İttifaqında ksenofobiya, irqçilik və dözümsüzlüyə yer yoxdur”.
Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borell bəyan edib. Diplomat İsveç və Danimarkada Quranın yandırılmasına sərt reaksiya verib:

“Aİ dini ədavətin və dözümsüzlüyün hər hansı formada qızışdırılmasına qəti şəkildə qarşı olduğunu bir daha bəyan edir. Müxtəlifliyə hörmət Avropa Birliyinin əsas dəyəridir. Bura digər dini icmalara hörmət də daxildir. Qurana və ya müqəddəs sayılan hər hansı digər kitaba qarşı təhqiramiz, hörmətsizlikdir və açıq-aşkar təxribatdır”.

O əlavə edib ki, buna baxmayaraq, Aİ ifadə azadlığını müdafiə etməyə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti