İzzət Zamani: hicab məsələsində hekayələrə ehtiyac yoxdur

   İzzət Zamani:    hicab məsələsində hekayələrə ehtiyac yoxdur
  26 İyul 2023    Oxunub:1097
Bir çox məqamlar İran hökumətinin məcburi hicab siyasətinin iflasa uğrayacağına şübhə yeri qoymur. Çünki, bu siyasətin adeptləri olan din xadimlərinin belə bu məsələ ilə bağlı sözləri cəmiyyətdə saya alınmır.
AzVision.az xəbər verir ki, İslami Təbliğat təşkilatı rəhbərinin təbliğat və mədəniyyət işləri üzrə müavini İzzət Zamani dini hövzələrin “ağsaqqallarını” tənqid edərək, hətta “ev bəzəyi” sahəsində də dini rəvayətlərin olduğu halda, lakin məcburi hicab sahəsində din xadimlərinin sözlərinin heç bir təsiri olmadığını bildirib.

“Hövzələrin ağsaqqalları, alimləri bu məkana girməyib. Əgər onlar getsəydilər və ya bu gün də getsələr bizim təbliğatçılarımızın əlləri dolar. Bizim də ev bəzəyi ilə bağlı hekayəmiz var, amma təəssüf ki, dünyəvi sistem bizə problemin həlli mərhələsinə girməyə imkan vermir. Xalq ordusu yaradılmalıdır. Analarımızdan danışmağın məcburi hicaba heç bir təsiri yoxdur. Hər kəsdə belə bir fikir var ki, bütün məsələləri din xadimləri həll etməlidir, çünki onlar paltar geyinirlər”, - Zamani deyib.

İzzət Zamani bu məsələləri ruhanilərin üzərindən atmağa çalışsa da, İran hər il reklam agentliklərinə və dini qurumlara böyük büdcə ayırır ki, həmin vəsaitin də böyük hissəsi məhz “iffət və hicab” kimi mürtəce qanunların təbliğinə xərclənir.
AzVision.az





Teqlər: İran   hicab  





Xəbər lenti