Rodos adasında fövqəladə vəziyyət elan edildi - VİDEO
“Gennadion (Gennadi) kəndindəki mənzərə dəhşətli idi. Yanğınsöndürmə idarəsi, könüllülər, hamısı böyük yanğının qarşısını almaq üçün mübarizə aparırdılar.
Hazırda Gennadi ilə Vati kəndi arasında güclü yanğın davam edir, Malona kəndi yaxınlığında da yanğın var, görünür, o, Arxangelosa doğru gedir”, - telekanalın müxbiri bildirib.
Onun sözlərinə görə, səhər saatlarında yanğınsöndürən təyyarələr yanğın mənbələrini məhdudlaşdırmağa çalışaraq köməyə başlayıb. Bir çox ərazilərdə davamlı təkrar yanğınlar qeydə alınır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Yanğın