Ancelina Coli: İrandakı siyasi məhbuslarla həmrəyəm

  Ancelina Coli:  İrandakı siyasi məhbuslarla həmrəyəm
  26 İyul 2023    Oxunub:1236
İran hökumətinin repressiya siyasətinə qarşı çıxan insanların müdafiəsi beynəlxalq miqyasda da geniş vüsət alıb. Bu baxımdan, dünyanın məşhur sənət adamlarının etirazları xüsusi əhəmiyyət kəsb edir.
AzVision.az xəbər verir ki, dünyaca məşhur kinoaktrisa Ancelina Coli İnstaqram səhifəsində iranlı kişi və qadınların öz azadlıqlarını və fundamental hüquqlarını müdafiə etməkdə göstərdikləri “cəsarət”ə ehtiramını bildirib.

Xanım Coli Məhsa Əmininin ölümü və dəfn olunması xəbərlərinin dərcinə görə həbsdə olan jurnalistlər Nilufər Hamidi və İlahə Məhəmmədi, etirazçı repçi Tomaj Salehi və hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin şəkillərini dərc edərək İrandakı siyasi məhbuslarla həmrəy olduğunu vurğulayıb.

Qeyd edək ki, Ancelina Coli İranda “Qadın, Həyat, Azadlıq” aksiyaları başlayandan bəri dəfələrlə etirazçıları dəstəkləyib.
AzVision.az


Teqlər: Coli   İran  





Xəbər lenti