"Volkswagen" Rusiyadakı aktivlərini satdı

 "Volkswagen" Rusiyadakı aktivlərini satdı
  27 İyul 2023    Oxunub:2779
"Volkswagen"in Rusiya aktivlərinin satışı üzrə əməliyyatın məbləği 125 milyon avro təşkil edib.
Bu barədə “Kommersant” Almaniya konserninin 2023-cü ilin birinci yarısı üçün hesabatına istinadən xəbər verir.

Müqavilə mayın 18-də başa çatıb. "Volkswagen Group Rus" Rusiyada AGR MMC (AGR Automotive Group) adı altında fəaliyyətini davam etdirir. İyulun əvvəlində Dövlət Dumasının deputatı Gennadi Sklyar "Volkswagen" və "Volvo"nun Kaluqa zavodlarında istehsalın Çin istehsalçısı tərəfindən bərpa ediləcəyini açıqlamışdı.

Bundan əvvəl məlum olub ki, "Volkswagen" elektrik avtomobillərinin və hibridlərinin yığılması Özbəkistanda yaradılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti