Ukrayna tərəfi Krım körpüsünü partlatdıqlarını etiraf edib

Ukrayna tərəfi Krım körpüsünü partlatdıqlarını etiraf edib
  26 İyul 2023    Oxunub:947
"Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 2022-ci ilin oktyabrın əvvəlində Krım körpüsünə hücumu təşkil edib".
AzVision.az "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə məlumatı UTX-nin rəhbəri Vasili Malyuk bildirib. Həmin hücum nəticəsində körpü ciddi şəkildə zərər görmüşdü.

Bildirib ki, müxtəlif xüsusi əməliyyatlar həyata keçirilib. "Onların bəziləri haqqında qələbədən sonra danışa bilərik. Bəziləri barədə isə ümumiyyətlə danışmayacağıq. Reallaşdırdığımız əməliyyatlardan biri 2022-ci il oktyabrın 8-də Krım körpüsünün dağıdılmasıdır",- deyə Malyuk vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti