"NATO Ukraynadan taxıl ixracı üçün mümkün addımları öyrənir"

  "NATO Ukraynadan taxıl ixracı üçün mümkün addımları öyrənir"
  26 İyul 2023    Oxunub:999
"Şimali Atlantika Alyansı bir sıra üzvlərinin Ukraynadan ərzaq ixracını asanlaşdırmaq üçün əlavə addımlar atması imkanını nəzərdən keçirir".
AzVision.az xəbır verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Ukrayna-NATO Şurasının iclasını şərh edərkən deyib.

“Biz Rusiyanın taxıl sazişindən çıxdığını elan etməsi fonunda ukraynalıların fikirlərini, onların Ukraynadan taxıl ixracını necə davam etdirmək niyyətində olduqları və ya davam etdirmək istədikləri ilə bağlı hazırkı qiymətləndirmələrini dinləyəcəyik", deyə amerikalı diplomat bildirib.

O əlavə edib ki, alyans üzv, xüsusən də Qara dənizdə yerləşən ölkələri Ukraynanın taxıl ixracını bərpa etmək səylərini dəstəkləmək üçün mümkün hərəkətlərini fərdi şəkildə dinləməyi planlaşdırır.

Smit həmçinin qeyd edib ki, NATO Türkiyənin Qara dəniz taxıl sazişini bərpa etmək cəhdlərini dəstəkləyir və Ukraynadan taxıl ixracı prioritet olaraq qalacaq, lakin əlavə təfərrüatlar açıqlamayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti