Bu ölkədə edam cəzası ləğv edilir

Bu ölkədə edam cəzası ləğv edilir
  26 İyul 2023    Oxunub:1066
Qana Respublikasında yeni qərar öz təsdiqini gözləyir.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, Qana parlamenti ölüm hökmünün ləğvinin təsdiqlənməsi üçün prezident Nana Akufo-Addonun qərarını gözləyir.


Qeyd edək ki, ötən il 176 nəfərin edam cəzasına məhkum edildiyi ölkədə 1993-cü ildən bəri edam faktı reallaşmayıb. Qərar qüvvəyə minəcəyi andan etibarən Qana ölüm hökmünü ləğv edən 29-cu Afrika ölkəsi, dünyada isə bu qərarı qəbul edən 124-cü ölkə olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti