İran şübhəli yerdə uran izlərinə “aydınlıq” gətirib

İran şübhəli yerdə uran izlərinə “aydınlıq” gətirib
  27 İyul 2023    Oxunub:881
Son vaxtlar MAQATE-nin və bir sıra Qərb ölkələrinin Tehranın nüvə proqramını yenidən canalandırması barədə bəyanatları xeyli intensivləşib. İranın opponentləri bu ölkədə uranın zənginləşdirilməsi üçün yeni obyektlərin inşasının aparıldığını iddia edirlər.
AzVision.az İranın Atom enerjisi təşkilatının rəhbəri Məhəmməd İslaminin hökumət nümayəndə heyətinin iclası zamanı verdiyi məlumata istinadən bildirir ki, İran Tehran kənarında iki şübhəli obyektlə bağlı MAQAT-yə “yeni detallar” təqdim edib.
İslaminin sözlərinə görə, agentliyə göndərilən sənəd və hesabatlar qəbul olunmasa, şübhə və qeyri-müəyyənlik qalarsa İran daha çox sənəd təqdim edərək məsələsini aydınlaşdıracaq.

“İran və MAQATE-nin davamlı və sabit qarşılıqlı əlaqəsi var. Hesab edirik ki, Tehranın bu qurumla əlaqələri agentliyin baş direktoru Rafael Qrossinin və İran rəsmilərinin mart ayında imzaladığı birgə bəyanata əsaslanır”, -iranlı məmur deyib.

İslami birbaşa bu iki şübhəli yerin adını çəkməsə də, Turquzabad və Vəramin şəhərlərinin nəzərdə tutulduğu ehtimal olunur. Əvvəllər MAQATE-nin müfəttişləri məhz burada “insan mənşəli uranın” izlərini aşkar etdiklərini demişdilər. MAQATE hələ ki, İslaminin son bəyanatlarına cavab verməyib.

İstisna deyil ki, İran hakimiyyəti agentliyin bu iki şübhəli məkanla bağlı qalan suallarını həll etməklə, Tehranın raket proqramına qarşı beynəlxalq məhdudiyyətlərin uzadılmasının qarşısını almağa çalışır.
AzVision.az


Teqlər: İran   MAQATE  





Xəbər lenti