Erməni hərbçi ölümcül güllə yarası alıb

   Erməni hərbçi ölümcül güllə yarası alıb
  27 İyul 2023    Oxunub:1177
Ermənistan ordusunun hərbçisi ağır yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hərbçi naməlum şəraitdə ölümcül güllə yarası alıb.

“İyulun 26-da saat 16:30 radələrində “N” saylı hərbi hissənin hərbi qulluqçusu Murad Serejaeviç Qriqoryan hələlik dəqiqləşdirilməmiş şəraitdə güllə yarası alıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, hadisənin bütün detalları aydınlaşdırılması üçün araşdırma aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti