Beynəlxalq Amnistiya təşkilatı “əxlaq patrulu”na qarşı çıxıb

Beynəlxalq Amnistiya təşkilatı “əxlaq patrulu”na qarşı çıxıb
  27 İyul 2023    Oxunub:1097
“Amnesty İnternational” təşkilatı İranın hüquq-mühafizə və təhlükəsizlik qurumları tərəfindən “qəddar polis və repressiya üsullarının” genişlənməsindən narahatlığını ifadə edərək, beynəlxalq ictimaiyyəti “artan zülm altında” əzilən iranlı qadın və qızların yanında olmağa çağırıb.
AzVision.az xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatı, Məhsa Əminin ölümündən sonra geniş yayılmış etirazların il dönümünə yaxın “əxlaq patrulu”nun ölkə küçələrinə qayıtmasına cavab olaraq belə bəyanat dərc edib.

“Hicab kontekstində tətbiq olunan repressiyaların güclənməsi İran hakimiyyətinin qadın və qızların insan ləyaqətinə və hüquqlarına biganəliyini, şəxsi həyatın toxunulmazlığını, söz, inanc və din azadlığının tapdaladığını göstərir. “Əxlaq patrulu”nun küçələrə qayıtması hakimiyyətin onilliklər boyu davam edən zülmə, zorakılığa və bərabərsizliyə qarşı “Qadın, Həyat, Azadlıq” etirazlarında iştirak edən qadınlar üzərində öz hökmranlığını və hakimiyyətini qoruyub-saxlamaq üçün ümidsiz cəhdidir. Bu vəziyyətdə beynəlxalq birlik boş qalmamalı, hökumətin cavabı isə yalnız bəyanat vermək və ya diplomatik müdaxilə ilə məhdudlaşmamalıdır”, - bəyanatda deyilir.

“Amnesty İnternational” təşkilatı hökumətləri hüquqları pozulmuş qadın və qızları dəstəkləməyə, bu insanların tez və təhlükəsiz şəkildə qaçqın statusu almasına, “heç bir halda” İrana qaytarılmamasını “təmin etməyə” çağırıb.
AzVision.az




Teqlər: İran   patrul  





Xəbər lenti