İrana qarşı sanksiyaları pozan amerikalıya 41 aylıq həbs cəzası verildi

İrana qarşı sanksiyaları pozan amerikalıya 41 aylıq həbs cəzası verildi
  27 İyul 2023    Oxunub:991
ABŞ-nin Virciniya ştatında yaşayan 72 yaşlı iran-amerika vətəndaşı Bəhruz Muxtari Vaşinqtonun Tehrana qarşı sanksiyalarını pozduğuna görə 41 ay həbs cəzasına məhkum olunub.
AzVision.az ABŞ-nin Ədliyyə nazirliyinin məlumatına istinadən xəbər verir ki, Muxtari həmçinin 3 il şərti azadlığa buraxılma və cinayət əməllərindən qazandığı gəlirlərdən 2 milyon 800 min dollardan çox pulun və 1,5 milyon dollarlıq evinin müsadirəsi ilə cəzalandırılıb.

“Bəhruz Muxtari özünün Panamadakı əsas şirkəti vasitəsilə İranın neft-kimya məhsullarının qeyri-qanuni daşınması sahəsində ticarətlə məşğul olduğunu etiraf edib. Amerika vətəndaşları üçün belə hərəkətlər qanunsuz olduğuna görə, Muxtari və onun əlaltıları FSR şəbəkəsindən istifadə etməklə İranın qurumlarına xidmət göstəriblər”, - məlumatda vurğulanır.

Maraqlıdır ki, Muxtari Amerika vətəndaşı kimi OFAC-dan icazə alaraq və ya icazə almadan İran qurumları ilə iş görməyin qadağan olduğunu bildiyini də etiraf edib. Başqa sözlə desək, Muxtari belə işbirliyinə gedərkən, qarşıda onu hansı potensial təhülkələrin gözlədiyini çox yaxşı başa düşüb. Bununla belə pul hərisliyi və yaxud da İranın xüsusi xidmət orqanlarına bağlılığı onu bu addımdan çəkindirməyib.
AzVision.az


Teqlər: ABŞ   sanksiya  





Xəbər lenti