Ankara və Bakı beşinci nəsil təyyarənin yaradılmasında əməkdaşlıq edəcək

   Ankara və Bakı beşinci nəsil təyyarənin yaradılmasında əməkdaşlıq edəcək
  27 İyul 2023    Oxunub:1089
Ankara və Bakı beşinci nəsil “Kaan” türk qırıcı təyyarəsinin yaradılması layihəsi üzrə əməkdaşlıq barədə razılığa gəlib.
Razılaşma İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanması planlaşdırılan ikitərəfli sazişlə rəsmiləşəcək. Layihəyə Ukraynanın da qoşulması gözlənilir.

Bakının layihədə iştirakı Rusiya istehsalı MİQ-29 təyyarələri ilə təchiz olunan Azərbaycan Hərbi Hava Qüvvələrinin modernizə edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Hərbi-sənaye kompleksi üzrə ixtisaslaşan “Defence Turk” portalının məlumatına görə, layihəyə Ukrayna da qoşula bilər.

Qeyd edək ki, 2017-ci ildə Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil qırıcısı “Kaan” ilk uçuşunu bu il həyata keçirəcək, onun kütləvi istehsalı isə 2028-ci ildə başlayacaq. Qırıcı taktiki-texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 təyyarələrini üstələyəcək və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində istismarda olan F-16 qırıcılarını əvəz edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti